Satılır 4 otaqlı köhnə tikili 110 m², Sahil m.
Şəhərin tam mərkəzində, Sahil metrosuna 3 dəqiqəlik məsafədə, italyan memarlıq üslubunda inşa edilmiş daş binanın 2-ci və mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 109 kv.m olan 4 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil keyfiyyətli təmir olunub, parket döşəməyə, kombi istilik sisteminə, kondisionerə, 3 metr hündürlüyündə tavana və 2 sanitar qovşağına malikdir.
Binanın fasadı baxımlıdır, yerüstü parkinq mövcuddur, həyətə giriş şlaqbaum vasitəsilə təmin edilir. Qonşular sakit və ziyalı insanlardır.
Ətrafında Sahil Metrosu, Baku Bulvar, Xaqani bağı, Xalça muzeyi, universitetlər, ticarət və əyləncə mərkəzləri, banklar, ailəvi restoran və kafelər, məktəb və uşaq bağçaları yerləşir.
Qeyd: Bu binada 350 mindən aşağı qiymətə mənzil tapmaq qeyri-mümkündür. Mənzil təcili satılır.
Mənzilin sənədi çıxarışdır (kupça).
Xahiş olunur, yalnız ciddi və real alıcılar əlaqə saxlasınlar.























































































































