İcarəyə verilir obyekt 150 m², Xalqlar Dostluğu m.
Hazır tədris mərkəzi icarəyə verilir!
İşlək və prestijli ərazidə yerləşən bu obyekt tədris fəaliyyəti üçün tam hazır vəziyyətdədir. 18 mərtəbəli yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən obyektin ümumi sahəsi 150 kv.m təşkil edir.
Obyektin daxilində:
* 6 tam hazır sinif otağı
* Geniş və səliqəli qarşılama zalı
* Mətbəx
* 2 sanuzel
mövcuddur.
Tədris mərkəzi kombi istilik sistemi, kondisionerlər, havalandırma sistemi və təhlükəsizlik kameraları ilə təchiz olunub. Tam əşyalı şəkildə təqdim olunur və əlavə xərc çəkmədən birbaşa fəaliyyətə başlamaq mümkündür.
Lokasiya baxımından üstün mövqedə yerləşir — metroya yaxın, intensiv yaşayış və insan axınının olduğu ərazidədir. Kurs, hazırlıq mərkəzi, dil kursu, təlim mərkəzi və digər təhsil yönümlü fəaliyyətlər üçün ideal seçimdir.
Hazır biznes axtaranlar üçün əla fürsət!
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Xidmət haqqı: 30%.



























































































































































